Beynəlxalq Fond Birjaları Federasiyası

əsas məqsədi bütün səhmdarlar üçün bərabər hüquqların təmin edilməsi və qiymətli kağızların bazar strukturlarının əlaqələndirilməsi olan təşkilat. Parisdə yerləşir.
Beynəlxalq Fərdi Hüquq Üzrə Haaqa Konfransı
Beynəlxalq Hesablaşma Balansı
OBASTAN VİKİ
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Beynəlxalq Aeronavtika Federasiyası
Beynəlxalq Aviasiya Federasiyası (FAİ, Fédération Aéronautique Internationale, FAI) — aviasiya və kosmonavtikaya yardım üzrə beynəlxalq təşkilat. Təşkilatın fəaliyyət sahələrindən biri aviasiya və kosmonavtikada standartların tətbiqi və rekordların qeydiyyatıdır. Təşkilatın standartlaşdırma fəaliyyətinin obyekti həm idarəolunan uçuşlar, həm də pilotsuz uçan aparatlar (o cümlədən, aviamodellər) sahəsindəki nailiyyətlər və rekordlardır. Təşkilat 1905-ci ildə idman federasiyası kimi qurulmuşdur. Hazırda 100-ə yaxın ölkənin aviasiya təşkilatlarını birləşdirir.
Beynəlxalq Aviasiya Federasiyası
Beynəlxalq Aviasiya Federasiyası (FAİ, Fédération Aéronautique Internationale, FAI) — aviasiya və kosmonavtikaya yardım üzrə beynəlxalq təşkilat. Təşkilatın fəaliyyət sahələrindən biri aviasiya və kosmonavtikada standartların tətbiqi və rekordların qeydiyyatıdır. Təşkilatın standartlaşdırma fəaliyyətinin obyekti həm idarəolunan uçuşlar, həm də pilotsuz uçan aparatlar (o cümlədən, aviamodellər) sahəsindəki nailiyyətlər və rekordlardır. Təşkilat 1905-ci ildə idman federasiyası kimi qurulmuşdur. Hazırda 100-ə yaxın ölkənin aviasiya təşkilatlarını birləşdirir.
Beynəlxalq Avtomobil Federasiyası
Beynəlxalq Avtomobil Federasiyası (Fransızca: Fédération Internationale de l'Automobile), avtomobil yarışlarını və rekordlarını tanıtmaq və onları tənzimləmək üçün qaydalar hazırlamaq və tətbiq etdirmək, FIA olaraq beynəlxalq çempionatları təşkil etmək üçün səlahiyyət verilmiş yeganə beynəlxalq idman orqanıdır. Müraciətdən irəli gələn mübahisələrdə son qərar nöqtəsidir, müraciətlər zamanı ortaya çıxan mübahisələrə qərar verməkdən məsuldur. Beynəlxalq Apellyasiya Məhkəməsinin kimliyinə də malikdir.
Beynəlxalq Basketbol Federasiyası
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
Beynəlxalq Jurnalistlər Federasiyası
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) (orijinal adı: International Federation of Journalists) — kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı. Mənzil-qərargahı Brüsseldə yerləşir. == Tarixi == Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə yaradılıb. O zaman təxminən iyirmi ölkədən 25 000-ə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil edirdi və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti Fransız müxbiri Georges Bourdon idi. Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyasını Londonda qurmağa qərar verdi. 1946-cı ildə Müttəfiqlərin və ya azad ölkələrin Jurnalistlər Federasiyası ləvğ olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaranmağa başladı. Soyuq müharibə nəticəsində Beynəlxalq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresində yenidən fəaliyyətə başladı. Bu layihə Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılacaqdı.
Beynəlxalq Kanoe Federasiyası
Beynəlxalq Kanoe Federasiyası (ing. International Canoe Federation) 1946-cı ildə yaranmışdır. Baş ofisi Lozannadadır, və bütün dünyada bütün aspektləri idmanın qayığına idarə edir. Hal-hazırda o 150 çəkilmiş milli federsiyaya malikdir.
Beynəlxalq Tərcüməçilər Federasiyası
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF, International Federation of Translators) müxtəlif ölkələrdə fəaliyyət göstərən yazılı və şifahi tərcüməçilərin, dilçilərin assosiasiyalarını bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiyanın üzvü olan 100-dən çox peşəkar assosiasiya dünyanın 55 ölkəsindən olan 80000-dən çox tərcüməçini təmsil edir. Federasiyanın məqsədi təmsil etdiyi sahələrdə peşəkarlığı təşviq etməkdir. Tərcüməçilərin bütün ölkələrdə əmək şəraitini yaxşılaşdırmağa səy göstərən federasiya, həmçinin onların hüquqlarını və ifadə azadlıqlarını da qorumaqamalını güdür. Fransada qeydiyyata alınıb. Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. == Məqsədlər == BTF-nin məqsədləri aşağıdakılardır: •Yazılı və şifahi tərcüməçilər, dilçilər assosiasiyalarını bir araya gətirmək və bunlar arasında körpu qurmaq •Assosiaspomların mövcüd olmadığı ölkələrdə onları yaratmaq üçün təşviq və yardım etmək •Üzv assosiasiyaları peşə ilə bağlı iş şəraiti barədə məlumatlandırmaq, onları texnoloji alətlər, ilkin və davamlı təlimlərlə təmin etmək •Müxtəlif assosiyasiyalar arasında tərcümə maraqlarına xidmət edən əlaqələri inkişaf etdirmək •Tərcüməçilərin maddi və mənəvi hüquqlarını təmin etmək •Cəmiyyətdə yazılı və şifahi tərcümə, terminologiya ixtisaslarının tanınmasını, onu elm və incəsənət kimi təşviq etmək. == İdarəedici orqan == BTF-nin ali şurası qanunla müəyyən edilmiş şəkildə 3 ildən bir keçirilən konqresdə müəyyən edilir. Bu seçki BTF-nin bütün üzvlərini bir araya gətirir, üzv assosiasiyalar öz növbəsində "Şura" üzvlərini seçir. Şura isə 3 il müddətinə "İcraedici Komitə"ni səs vermə yolu ilə təyin edir.
Beynəlxalq Voleybol Federasiyası
Beynəlxalq Voleybol Federasiyası (ixtisarı FİVB) — dünya üzrə voleybola nəzarət edən qurum. 222 ölkənin voleybol federasiyası quruma üzvdür. Federasiyanın yaranma tarixi isə 1947-ci il ilə təsadüf edir.
Beynəlxalq Şahmat Federasiyası
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı. == Tarixi == 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular. == Tərkibi == Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir. == Tədbirləri == 2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir. == Mənbə == Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.
Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Beynəlxalq İdman Dırmanması Federasiyası
Beynəlxalq İdman Dırmanması Federasiyası (ing. International Federation of Sport Climbing və ya ing.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Amerika fond birjası
Amsterdam fond birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Bakı Fond Birjası
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası. Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Frankfurt fond birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
London fond birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Paris fond birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
Qazaxıstan fond birjası
Qazaxıstan fond birjası (Kazakhstan Stock Exchange — KASE) — Mərkəzi Qazaxıstanın Almatı şəhərində yerləşən birja, səhm bazarının kapitallaşmasına görə MDB birjaları arasında ikinci yerdədir. 1993-cü ildə qurulmuşdur. 15 noyabr 1993-cü ildə Qazaxıstanda milli pul vahidi tengə tətbiq edildi. Bu hadisədən sonrakı ikinci gündə — 17 noyabr 1993-cü il — Qazaxıstan Respublikasının Milli Bankı və 23 aparıcı Qazaxıstan kommersiya bankı valyuta mübadiləsi yaratmağa qərar verdi. Əvvəllər mövcud olan Banklararası Valyuta Əməliyyatları Mərkəzi (Valyuta Mübadiləsi) Qazaxıstan Respublikası Milli Bankının struktur bölməsi idi. Yeni mübadilə üçün qarşıya qoyulan əsas vəzifə, tengenin tətbiqi ilə əlaqədar milli valyuta bazarının təşkili və inkişafı idi. Bir hüquqi şəxs olaraq, birja 30 dekabr 1993-cü ildə "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında qapalı bir səhmdar cəmiyyətinin hüquqi formasında qeydiyyata alındı. 3 mart 1994-cü ildə birja "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında yenidən qeydiyyata alındı ​​və bu, birja adının mövcud qanunvericiliyə uyğunlaşdırılması zərurəti ilə izah edildi. Mövcud qanunvericilikdə birja əmtəə birjası funksiyalarını yerinə yetirməsini qadağan etdiyi üçün 12 aprel 1996-cı ildə birja "Qazaxıstan Fond Birjası" adı altında yenidən qeydiyyata alındı. 13 Noyabr 1996-cı ildə birja Qazaxıstan Respublikasının Qiymətli Kağızlar üzrə Milli Komissiyasından qiymətli kağızlarla ticarətin təşkili üçün məhdudiyyətsiz lisenziya aldı.
Tokio Fond Birjası
Tokio Fond Birjası (TSE ) — Tokioda qurulmuş bir birjadır və Asiya qitəsindəki market cap baxımından ən böyük birjadır. Həmçinin dünyanın da ən böyük ikinci birjasıdır. Dekabr 2011 etibarilə birjada ümumi market cap dəyəri 3.9 trilyon US $ olan 2.292 şirkət əməliyyat etməkdədir. Birjanın sahibi Japan Exchange Group şirkətidir.
İtaliyanin fond birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. 1808-ci ildə yaranmışdır.